İyn
2017
19:38
61
258
11657
Virtual karabakh

Qətərə daha bir zərbə

6 İyn, 2017
19:38
11657

Qətərə daha bir zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərin milli valyutasının məzənnəsi kəskin şəkildə ucuzlaşıb. 

Oxu.Az-ın Reuters-ə istinadən xəbərinə görə, bir sıra ərəb ölkələri ilə diplomatik münasibətlərin pozulmasından sonra Qətər rialının məzənnəsi 2009-cu ildə qeydə alınan ən minimum həddən də aşağı düşüb.

Hazırda ölkənin valyuta bazarında 1 ABŞ dolları 3,6470 riala satılır. 

Qeyd edək ki, bu gün Şri-Lankanın bir sıra bankları Qətər rialını almağı dayandırıb.

Xatırladaq ki, bazar ertəsi ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Gün ərzində onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri