19 
May
2014
09:21
57
4
7311
Virtual karabakh

İsveçrəsayağı minimal maaş

19 May, 2014
09:21
7311

İsveçrəsayağı minimal maaş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmkarlar İttifaqları bu məbləğin 3200 avro olmasını təklif edirlər.

İsveçrə vətəndaşları ölkədə minimal əməkhaqqı müəyyənləşdirmək fikrindən daşınıblar.

Ölkədə bazar günü keçirilmiş ümummilli referendumun ilkin nəticələri bundan xəbər verir.  

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, sayılmış bülletenlərin əsasında ilkin məlumat yaymış yerli TV-nin xəbərinə görə, İsveçrə vətəndaşlarının 77%-i bu təşəbbüsün əleyhinədirlər. Səslərin sayılması davam etsə də, ümumi tendensiya çətin ki, dəyişsin.

Həmkarlar İttifaqları iddia edirlər ki, bu gün İsveçrədə 330 min nəfər təklif olunan minimumdan az pul alırlar. Buna görə də, ölkə ərazisində bir saat əməyə görə ən azı 25 dollar ödənilməsinə zəmanət verəcək qanun təklif olunurdu. Qanunun qəbul edildiyi təqdirdə, İsveçrədə minimal aylıq maaş 3200 avro (4,5 min dollar) olmalı idi. Belə minimal əməkhaqqı dünyada rekord ola bilərdi, Euronews xəbər verir.

Hökumət, xüsusilə də İqtisadiyyat Nazirliyi bildirirdi ki, belə yeniliyin tətbiqi kiçik və orta biznesi öldürəcək, kütləvi şəkildə işdənçıxmalara səbəb olacaq.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri