24 
İyl
2014
19:20
23
216
14783
Virtual karabakh

İŞİD-dən ağlasığmaz fətva: Qadınlar kütləvi şəkildə sünnət edilsin

24 İyl, 2014
19:20
14783

İŞİD-dən ağlasığmaz fətva: Qadınlar kütləvi şəkildə sünnət edilsin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün xəbər tutmuşuq”.

İraqın bir hissəsinə nəzarət edən və özünü hazırda İslam Dövləti adlandıran İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları ələ keçirdikləri ərazilərdə bütün qadınların kütləvi şəkildə sünnət edilməsinə dair fətva veriblər.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqdakı humanitar məsələlər üzrə nümayəndəsi Jaklin Badkok bəyanat yayıb.

“Bu fətva, yəni dini hökm barədə biz elə bu gün xəbər tutmuşuq” - deyə Jaklin Badkok bildirib.

Qeyd edək ki, əsasən Afrika ölkələrində geniş yayılan qadın sünnəti qadın cinsiyyət üzvünün heç bir tibbi vasitədən istifadə edilmədən bir hissəsinin kəsilməsi, yaxud onun zədələnməsidir. Bu barbar üsul poliqamiyanın (çoxarvadlılığın) geniş yayıldığı ölkələrdə əsrlərdir tətbiq edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri