27 
Dek
2019
14:05
67
12
1576
Virtual karabakh

Afina Akropolu yeni üsulla işıqlandırılacaq

27 Dek, 2019
14:05
1576

Afina Akropolu yeni üsulla işıqlandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın simvollarından biri hesab olunan Afina Akropolunun işıqlandırılmasında yeni texnologiyadan istifadə olunacaq.

“RİA Novosti” xəbər verir ki, məlumatı Yunanıstanın Mədəniyyət Naziri Lina Mendoni Yeni il tətilləri öncəsi jurnalistlərlə görüşündə açıqlayıb.

Afinadakı Akropol Yunanıstanın ən çox ziyarət olunan arxeoloji abidəsidir. Təkcə 2019-cu il ərzində bu məkanı 2,5 milyon turist ziyarət edib.

Tarixi abidənin hazırkı işıqlandırılması 2004-cü ildə Yunanıstanda keçirilən Olimpiya Oyunları zamanı quraşdırılmışdı. Qeyd olunur ki, köhnə lampalar yeni LED işıqlandırma texnologiyası ilə əvəz ediləcək. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri