27 
Dek
2019
14:19
487
34
2301
Virtual karabakh

Rusiyada cinsi azlıqlara qan verməyi qadağan etdilər

27 Dek, 2019
14:19
2301

Rusiyada cinsi azlıqlara qan verməyi qadağan etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Samara vilayətinin qan köçürülmə stansiyası cinsi azlıqlara, həmçinin “fahişələrə” və “nəşəxorlara” qan donoru olmağı qadağan edib.

“TV Rain” xəbər verir ki, qeyd edilən şəxslər xəstəxananın rəsmi saytında risk qrupuna aid ediliblər.

Saytın “Qan verməklə bağlı tam məhdudiyyətlər” bölməsində “infeksiya yoluxmaları” (QİÇS, İİV - virusları) ilə “risk qrupuna aid insanlar” (homoseksuallar, nəşəxorlar, fahişələr) qeyd olunur.

Xəstəxananın baş həkiminin tibb üzrə müavini Yelena Kudinova qeyd edib ki, müəssisədə ömrünün sonunadək qan donoru olmaq hüququndan məhrum olan “şəxslərin bazası” var.

Y.Kudinova bu addımı Rusiyanın baş dövlət sanitar həkiminin qərarı ilə əlaqələndirib. 

Klinikanın özündə potensial donorların təhlükəli olub-olmamasının terapevtlə söhbət zamanı müəyyən edildiyini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri