Tehran əyalətinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsi elan edib ki, qəzaya uğramış təyyarədə ümumilikdə 48 nəfər həlak olub. Onlardan 47 nəfərinin cənazəsi məhkəmə-tibbi ekspertizaya gətirilib. Bir nəfər isə xəstəxanada vəfat etdiyi üçün orada saxlanılır.
İSNA agentliyinin məlumatına görə, ölənlərdən 23 nəfəri kişi, 10-u qadın, 2-si azyaşlı qız, 2-si azyaşlı oğlan uşağı və bir nəfər isə südəmər uşaqdır.
Qəza zamanı ümumilikdə 9 nəfər yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib. 8 yaralıdan 4-ü kişi, 4-ü isə qadındır. Onlardan ikisinin vəziyyəti kritikdir. (trend)
11:00
İranın paytaxtı Tehranın Mehrabad hava limanının şimalında Tehrandan Təbəs şəhərinə uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təyyarədə olan 40 sərnişinin hamısı həlak olub.
Trend-in məlumatına görə, Fars agentliyi isə xəbər verir ki, təyyarədə 50 sərnişin olub.
Hava gəmisinin “Sepahan” aviaşirkətinə məxsus olduğu bildirilir.
İran Hava Yollarının rəsmi nümayəndəsi Sarominin sözlərinə görə, “AN-140” markalı təyyarədə olan sərnişinlərin sayı dəqiqləşdirilir. (trend)