22 
Okt
2014
12:22
36
62
3601
Virtual karabakh

ABŞ kürdlərin əvəzinə İŞİD yaraqlılarına silah atdı – VİDEO

22 Okt, 2014
12:22
3601

ABŞ kürdlərin əvəzinə İŞİD yaraqlılarına silah atdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi yardımın necə çatdırılmasını əks etdirən videogörüntülər yayılıb.

Suriya şəhəri Kobani üzərində qalxan tüstü dumanı Türkiyədən görünür – burada kürd hərbçiləri ilə “İslam dövləti” yaraqlıları arasında sərt döyüşlər davam edir.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, ekstremistlər bir neçə kvartala və strateji yüksəkliyə nəzarət edirlər. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviazərbələri yaraqlıların hücumlarının müəyyən müddət qarşısını aldı, amma dayandıra bilmədi.

Bazar günü Amerika təyyarələri ilk silah-sursat və tibbi paketləri Kobani müdafiəçilərinə atıblar, amma videodakı kadrlardan göründüyü kimi yükün bir hissəsi islamçıların əlinə keçib.

Böyük Britaniya xəbər verib ki, “yaxın zamanlarda” pilotsuz təyyarələrdən Suriyada kəşfiyyat məqsədi ilə istifadə edəcək. Daha öncə London bu təyyarələrdən yalnız İraqda istifadə edəcəyini söyləyirdi.

Xaricdən gələn dəstəyə baxmayaraq, kürdlər üçün yaxşı silahlanmış yaraqlıların hücumlarına qarşı durmaq getdikcə çətinləşir. Türkiyə sərhəddi keçərək suriyalı qardaşlarına, İraq kürdlərinin silahlı dəstələrinə (peşmərgə) yardım etməyə razılaşıb, daha öncə Ankara öz ərazisində kürd separatçılarının güclənəcəyindən çəkinərək buna qarşı idi.

BMT bəyan edib ki, suriyalı kürdlərə silahın çatdırılması beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir, amma indiki silah çatdırılmasının Suriyanın müstəqilliyinə qarşı olduğunu dəqiqləşdirməyib.

Qonşu İraqda “İslam dövləti” qurumu şimala doğru irəliləyir. İranla həmsərhəd olan Kara Topax şəhəri hücumlara məruz qalır. Ekstremistlər İraq ərazisinin bir hissəsinə, o cümlədən də Suriya ilə həmsərhəd olan Əl-Ərəb əyalətinə nəzarət edirlər.

Paytaxt Bağdadda vəziyyət gərgindir – son 3 gün ərzində burada 50 nəfər terror aktının qurbanı olub.

İkinci gün 3 partlayış nəticəsində şiə kvartalında ən azı 18 sakin həlak olub. İki minalanmış maşın şimali-şərqi Talbiya əyalətində restoranın yanında, üçüncü isə - polis patrulunun yolunda partlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri