Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Zelenski ilə danışıqların ilk detallarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını başa vurduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, danışıqlar çox yaxşı keçib.
Bunu amerikalı lider "Truth Social" sosial şəbəkəsində yazıb:
"Az əvvəl Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı keçirdik. Təxminən bir saat davam etdi. Söhbətin böyük hissəsi Putinlə dünənki danışığımız əsasında Rusiya və Ukraynanın tələbləri və ehtiyaclarını uyğunlaşdırmağa həsr olundu".
Amerikalı liderin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Uoltsdan müzakirə edilən məsələlərin dəqiq təsvirini verməyi xahiş edib. Müvafiq bəyanat yaxın gələcəkdə dərc olunacaq.
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla telefon danışığı aparacaq.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə Finlandiya prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
"Biz onunla növbəti addımların detallarını müzakirə edəcəyik. Düşünürəm ki, ondan Putinlə olan söhbətinin təfərrüatını eşidəcəyəm", - deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gün Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
- Rusiya və ABŞ arasında tam razılaşma mümkündür?
- Trampın bəyənmədiyi portreti - "Baku TV Ru"nun xüsusi müxbiri Kapitoli binasında
- Tramp - Mask tandemi "Tesla"nın gələcəyini xilas edəcəkmi?
- ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq