Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini aldatdılar
Xaricdə işləmək istəyən vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, onlar iddia edirlər ki, xarici ölkədə işə düzəlmək adı ilə dələduzluq qurbanı olublar.
Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Şıxbabayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqları şəxsin vədlərinə inanaraq, Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə də sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər.
İşlə bağlı xəbər çıxmadıqda isə həmin qadınla əlaqə saxlayıblar. Onun ad-soyadının əslində Münəvvər Muxtarova olduğunu öyrəniblər. O, vətəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Şıxbabayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Vətəndaş şikayət etdi, DİN hərəkətə keçdi - Jurnalistə qarşı İDDİA
- Zərərçəkəndən məhkəmədə ilginc açıqlama: "Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi"
- 181 nəfərin "TikTok"da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı
- Aynişan Quliyevaya qarşı DƏLƏDUZLUQ
- Bakıda 65 yaşlı qadını aldadıb 80 min manatını ələ keçirdilər