Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
2018-ci ilin ən yaxşı avtomobilləri açıqlandı
CarsWeek.ru nəşrinin ekspertləri 2018-ci ilin ən yaxşı avtomobillərini müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, qiymətləndirmə beş müxtəlif nominasiyada aparılıb.
Mütəxəssislərin rəyinə görə, ən komfortlu avtomobil yeni nəsil Mercedes Maybach S600 modelidir.
Ən sürətli avtomobil isə “Bugatti Chiron”dur. Onun maksimal sürəti 420 km/saat təşkil edir.
Ən yaxşı elektrokar adına “Tesla Model S” layiq görülüb.
Ekspertlərin fikrincə, ən təhlükəsiz avtomobil “Volvo XC90”, ən etibarlı avtomobil isə “Toyota Camry”dir.
Maraqlıdır ki, reytinqdə ən ucuz avtomobil də məhz “Toyota Camry”dir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar