Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-dək sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq, Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.