Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda tanınmış bloqerin restoranında bıçaqlanma: Saxlanılan var - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:
“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
11:29
Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:
“Əlavə məlumat veriləcək”.
08:38
Bakının Yasamal rayonunda restoranda dava düşüb.
APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.
Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- BDYPİ-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət
- Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub
- SON DƏQİQƏ: Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
Rəylər