Bakı Dövlət Universitetinin (BDU) tələbələri dərs zamanı auditoriyada domino oynayıblar.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videoda bir neçə tələbənin dərs prosesi davam etdiyi halda auditoriyada domino oynadığı əks olunub.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.
Qeyd edək ki, sözügedən video ilk olaraq "Facebook" sosial şəbəkəsindəki "Azərbaycan tələbələri" səhifəsində paylaşılıb.
Qaynar xətt:
(055) 224 12 12