Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin iş yeri dəyişdirilib.
Bu barədə Oxu.Az-a N.Əliyev özü məlumat verib.
Həkim-infeksionist qeyd edib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə, o, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilərək, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Qeyd edək ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Bu barədə ilk məlumatı "Qaynarinfo" dərc edib.
