Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki yaşlı Zəhranın yardıma ehtiyacı var: Müalicə üçün 700 manat lazımdır
İki yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərmin Məmmədova məlumat verib.
O bildirib ki, övladı noyabrın 28-i ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
"Zəhranın iki yaşı var. Biz Bərdədə yaşayırıq. Noyabrın 28-i toyuq təmizləmək üçün su qaynatmışdım. Zəhra isə yanımda oynayırdı. O, qaçarkən köynəyi qazanın qulpuna ilişdi. Qaçarkən qazan üstünə dağıldı. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada bir aya yaxın müalicə aldıq".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.
"Zəhranın qarnı, qolları, ayaqları tam yanıb. Bir aya yaxın xəstəxanada müalicə aldıq. Hazırda evə çıxmışıq. Onun müalicəsi üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, ağır günlərdən çıxmağımıza kömək olmalarını istəyirəm".
Ailə ilə əlaqə: (055) 316-46-92.
Kapital Bank: 4169 7388 1762 1117.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü