Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı direktoru təyin olunub - FOTO
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
Bu barədə Milli Paralimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu təyinat IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.
Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.