"2026-cı ilin sonunadək 2 milyona yaxın inventar vahidi elektron qaydada qeydiyyata alınacaq".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda qeyd edib.
"Cari ilin avqust ayından "e-mühasibat" altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb. İlkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib. 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması hədəflənir", - deyə nazir qeyd edib.
Nəzrin Mirzəyeva