Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə qalmaqal baş verib.
ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.
Yayılan məlumata görə, imtahan vaxtı məktəbdə olan TQDK nümayəndələri 11-ci sinifdə bir qızın məktəbə hicabla gəlməsinə etiraz edərək açmasını tələb ediblər. Hicablı şagirdin bunu etməməsi narazılıqla qarşılanıb və sonra sinfin oğlanları yığılaraq TQDK nümayəndələrini döyüblər.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu hadisəni təkzib edir. Qurum sözçüsünün ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin 11 sinfində imtahan vaxtı şagirdlər intizamsızlıq nümayiş etdirilib:
“11-ci sinif şagirdləri intizamsızlıq ediblər. İmtahanın sonuna yaxın şafirdlərlə imtahan rəhbəri arasında narazılıq yaranıb. Heç bir döyülmə, hicab məsələsi olmayıb”, - deyə E. Nağızadə bildirib.
www.anspress.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin