Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üç övladı xəstə olan ana fəryad edir: "Əməliyyat üçün gecikirik"
Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərgiz Sultanova məlumat yayıb.
O bildirib ki, övladlarından ikisi serebral iflic, digəri isə Autizm xəstəliyindən əziyyət çəkir:
"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliyindən əziyyət çəkirlər. Sahib təcili əməliyyat olmalıdır, qızlarım isə müalicə. İnanın illərdir artıq əlimizdə olan hər şeyi tükətmişik. Nə satmağa əşyamız, nə dəyərli nəyimizsə qalıb".
Nərgiz Sultanov övladlarının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Mən iki dəfə ağır əməliyyatlar keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa inanın gücüm çatmır. Uşaqların pensiyası ilə birtəhər dolanırıq. Amma hazırda Sahib əməliyyat olmalıdır, pul olmadığı üçün əməliyyat gecikir. Əməliyyat üçün 800, müalicələr üçün isə 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə bu çətin yolda dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 302-95-48.
Kapital Bank: 4169 7388 8539 5032.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan balaca Ömərin köməyinizə ehtiyacı var
- Üç yaşlı Ayazın əməliyyatı üçün 700 manatı çatmır: Təcili Türkiyəyə yollanmalıdır
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır