Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Üç yaşlı Zəhranın yardıma ehtiyacı var: Müalicə üçün 700 manat lazımdır
Üç yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərmin Məmmədova məlumat verib.
O bildirib ki, övladı ötən il noyabrın 28-də ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb:
"Zəhranın üç yaşı var. Biz Bərdədə yaşayırıq. Ötən il noyabrın 28-də toyuq təmizləmək üçün su qaynatmışdım. Zəhra isə yanımda oynayırdı. O qaçarkən köynəyi qazanın qulpuna ilişdi, qazandakı qaynar su üstünə dağıldı. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada bir aya yaxın müalicə aldıq".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Zəhranın qarnı, qolları, ayaqları tam yanıb. Bir aya yaxın xəstəxanada müalicə aldıq. Hazırda evə çıxmışıq. Onun müalicəsi üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, ağır günlərdən çıxmağımıza kömək olmalarını istəyirəm".
Ailə ilə əlaqə: (055) 316-46-92.
"Kapital Bank": 4169 7388 1762 1117.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Anası fəryad edir
- 13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
- 20 yaşlı Rəvanın müalicələri üçün dəstəyə ehtiyacı var
- Yaşamaq uğrunda mübarizə aparan Mələyin vəziyyəti ağırlaşıb: Dəstəyə ehtiyacı var
- Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır