26 
Mar
2020
19:51
44
163
7397
Virtual karabakh

AZAL-dan Bakı-Naxçıvan-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcəkdir. 

Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.  

Bildirilib ki, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində baş tutacaq. Bakıdan uçuş saat 13:10-da, Naxçıvandan uçuş isə saat 15:30-da baş tutacaq. 

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri AZAL aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).  

Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan paytaxtının sakinləri uçub gələ bilərlər.  

Uçuşlar 2-ci Terminaldan/2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.  

AZAL aviaşirkəti vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir. 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri