Dek
2023
14:36
10
205
1608
Virtual karabakh

“Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq” - RƏY + FOTO

2 Dek, 2023
14:36
1608

“Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək, görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelini ortaya qoydu”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

O söyləyib ki, Azərbaycan koronovirus pandemiyası ilə mübarizədə kifayət qədər uğur qazanmış ölkədir:

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəfələrlə Azərbaycanın yanaşmasını bəyəndiyini bildirib. Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu, həm ölkəyə virusun daxil olmasının, həm də ölkə daxilində yoluxmanın qarşısının alınması istiqamətində aparılan tədbirlərin kifayət qədər uğurla həyata keçirilməsinin göstəricisidir. Vaksinasiya prosesində də Azərbaycanın qazandığı uğurlar danılmazdır”.

M.Məmmədli bildirib ki, payız-qız mövsümü, eləcə də COVID-19-un hələ də davam etməsi riskini nəzərə alaraq, təhlükə hələ sovuşmayıb:

“Kütləvi peyvəndləmə hesabına insanlarda immunitet yüksəlib, müəyyən qədər də alovlanmalar sönüb. Buna arxayın olmamalıyıq, çünki xəstələnmə halları hələ də var. RNT tərkibli virusların mutasiya olunma riski pandemiya dövründə də olub”.

Deputat vurğulayıb ki, viruslar davamlı mutasiyalara uğradığından ehtiyatlı olmaq və prosesi nəzarətdə saxlamaq lazımdır:

“İstər yaxın, istərsə də uzaq xarici ölkələrdə müxtəlif ştammların meydana çıxması müşahidə olunur. Ermənistanda daha fərqli ştammın aşkarlanması hələ də risk faktorlarının qalmasının sübutudur. Yoluxuculuq qabiliyyəti yüksək və xəstəliyi daha ağır formada keçirməyə səbəb olan koronavirus mutasiyasının meydana çıxması təhlükəsi hər zaman var”.

Parlament üzvünün fikrincə, COVID-19 əleyhinə peyvənd olunan insanların immunitet yüksəldiyinə görə orqanizm törədici ilə daha intensiv mübarizə aparır, virusun özü də təkmilləşməyə doğru gedir:

“İmmun reaksiyalara qarşı dözümlü ştammların mutasiyaya getmə ehtimalı var. Bütün bunlara baxmayaraq arxayınlaşmamalı, mübarizəyə davam etməliyik. Hələ də koronavirusla əlaqəli araşdırmalar davam edir. Çünki koronovirusa yoluxanlar bu gün də aşkarlanır. Təbii ki, həmin şəxslərə nəzarət olmalıdır. Xarici ölkələrdən gələn təhlükələri nəzarət altında saxlayan təşkilatlardan lazımı məlumatları almalı, bu istiqamətdə tədbirlər görülməlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri