Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazir müavini: "İnsanlarda olan infeksiyaların yarısı heyvanlardan keçir"
"İnsanlarda olan infeksion xəstəliklərin təxminən yarısı heyvanlardan keçən infeksiyalardadır".
"Report" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, heyvan və insanlarda olan mikroblar öz-özlüyündə müxtəlif xəstəliklərə səbəb olur:
"İnfeksiyaların bəzisi heyvandan insana, yaxud da insandan heyvana keçə bilir. Bu da nəticədə müəyyən fəsadlara gətirib çıxara bilər. Təbii ki, bunlar bilinən, yəni quduzluq, quş və ya donuz qripi, COVID-19, ebola və sair xəstəliklərdir".
"Ümumilikdə insanlarda olan infeksion xəstəliklərin təxminən yarısı heyvanlardan keçən infeksiyalardadır. Bu baxımdan infeksiyaların ötürülməsi nöqteyi-nəzərdən bu xəstəlik və onların daşıyıcısı olan varlıqlara vahid yanaşmanın tətbiq olunması məqsədə uyğundur. İnfeksiyalara qarşı insanlara geniş şəkildə antibiotiklərdən istifadə olunur. Bəlkə də heyvanlara antibiotiklərin tətbiqi daha çoxdur", - deyə nazir müavini əlavə edib.
N.Zeynalov vurğulayıb ki, iqlim dəyişmələri tək insanlara yox, eyni zamanda heyvan və bitkilərdə olan xəstəliklərə təsir edir:
"Nəticədə gözlə görünməyən illərlə davam edən dəyişikliklərə səbəb olur. İnsan və heyvanlar iqlim dəyişikləri nəticəsində köç edirlər, bu da çox sayda infeksion xəstəliyin coğrafiyasını dəyişməsinə zəmin yaradır. Yeni xəstəliklər əmələ gəlir və köhnə xəstəliklər fəsadlar yaradır. Ona görə də vahid sağlamlıq baxımından məsələyə yanaşılması önəmlidir".
"COP29" teqi üzrə xəbərlər
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
- Ceyhun Bayramov Çinin yeni səfirini qəbul edib
- Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: "Müsbət nümunələr əldə etdik"
- Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü
- Türkiyəli nazir Azərbaycana təşəkkür etdi