31 
Dek
2023
18:44
25
219
4128
Virtual karabakh

Azərbaycanda son 20 gün ərzində COVID-19-a yoluxanların sayı kəskin artıb - FOTO

31 Dek, 2023
18:44
4128

Azərbaycanda son 20 gün ərzində COVID-19-a yoluxanların sayı kəskin artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son 20 gün ərzində (11.12.2023-31.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri