29 
Mar
2020
18:59
451
78
9755
Virtual karabakh

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

29 Mar, 2020
18:59
9755

DİN rəsmisi: Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonu ərazisində avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur”.  

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında Bakı və ətraf ərazilərdə avtomobillərin hərəkətinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.  

“Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur. Həmçinin buna görə, hər hansı cərimə də nəzərdə tutulmayıb. Ancaq yenə də tövsiyə edirik ki, şəhər əhalisi zərurət olmadığı halda öz minik vasitələrindən istifadə etməsinlər.  

Hazırda da Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu ərazisində fərdi avtomobillər sərbəst şəkildə hərəkət edir və buna görə kimisə cərimələməyiblər”, - deyə DİN rəsmisi bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri