30 
Mar
2020
19:00
458
125
12600
Virtual karabakh

Daxili Qoşunların hərbçiləri Bakıda polislə birlikdə xidmətə başladı - FOTO/VİDEO

30 Mar, 2020
19:00
12600

Daxili Qoşunların hərbçiləri Bakıda polislə birlikdə xidmətə başladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə başlayıblar. 

Oxu.Az xəbər verir ki, artıq hərbçilər polis naryadları ilə birgə paytaxt küçələrində xidmət aparırlar. 

Onlar vətəndaşlarla profilaktik söhbətlər edir, əhalini maarifləndirirlər. 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən qısa açıqlamada bildirilib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir. 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri