Apr
2020
18:51
128
266
3717
Virtual karabakh

Samuxda polis əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib - FOTO

9 Apr, 2020
18:51
3717

Samuxda polis əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının almaq məqsədi ilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Samux  Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib.

Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib.

Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib.

Yardım kampaniyasına görə sakinlər RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri