Apr
2020
20:38
94
266
3867
Virtual karabakh

Qazaxda xüsusi karantin rejimini pozan bir nəfər həbs edildi - FOTO

9 Apr, 2020
20:38
3867

Qazaxda xüsusi karantin rejimini pozan bir nəfər həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq bir şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əmkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri