Yan
2021
13:40
167
45
2588
Virtual karabakh

Radioloq Gülnar Əhmədova: “Facebook” və “WhatsApp”da koronavirus xəstələri üçün dəstək qruplarımız var

7 Yan, 2021
13:40
2588

Radioloq Gülnar Əhmədova: “Facebook” və “WhatsApp”da koronavirus xəstələri üçün dəstək qruplarımız var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsində 2020-ci ilin may ayından etibarən “COVID-19 Dəstək Qrupu” fəaliyyət göstərir. Bura müxtəlif profilli həkimlər, həmçinin Bakıda və bölgələrdə çalışan könüllülər üzvdür. Könüllülər dərman, qida və digər zəruri əşyaları almağa, həmçinin evdən çıxa bilməyən və ya çıxma imkanı olmayanlara kömək edirlər.

Bu sözləri Media.az-a “Facebook”da koronavirus xəstələri üçün dəstək qrupunun yaradılmasının təşəbbüskarlarından biri olan həkim radioloq, Avropa Radioloqlar Assosiasiyasının üzvü Gülnar Əhmədova bildirib.

Onun sözlərinə görə, bundan əlavə onların həkimlər, psixoloqlar və pasiyentlərdən ibarət “WhatsApp” qrupları da var.

“Biz onlayn rejimdə konsultasiya aparır, müalicə təyin edir və psixoloji dəstək veririk”, - deyə radioloq bildirib.

G.Əhmədova donor qanının toplanmasından da danışıb. Onun sözlərinə görə, müəyyən hallarda xəstələr üçün çox vacib olan bu üsul həkimlərimizin uğurla həyata keçirdiyi müalicə növlərindən biridir.

“Donor axtarışı ilə bağlı xəbərlər alan kimi bu, qrupda və “WhatsApp” statuslarında yayımlanır. Bu əsl komanda işidir”, - deyə o, əlavə edib.

Həkimin sözlərinə görə, bu yolla onlar donorlar tapır, dərman mübadiləsi aparır, həmçinin hərbçilərə və erməni təcavüzündən əziyyət çəkənlərə kömək edirlər.

“Oyuncaqlar, paltarlar, zəruri əşyalar haqqında elan dərc edən kimi dərhal bizimlə əlaqə qururdular. İki ay ərzində mənzilim və iş otağım anbara çevrildi. Biz əşyaları alan kimi dərhal ünvanlara göndərirdik”, - deyə o, bildirib.

Radioloq bunun davamlı proses olduğunu qeyd edib. 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri