Yan
2021
13:36
28
222
3772
Virtual karabakh

Hematoloq Gülnaz Bədəlova: “Anemiya xəstələri COVID-19-a qarşı daha həssasdırlar”

8 Yan, 2021
13:36
3772

Hematoloq Gülnaz Bədəlova: “Anemiya xəstələri COVID-19-a qarşı daha həssasdırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xroniki olaraq aşağı səviyyədə olan hemoqlobin bir çox fəsadlarla yanaşı immunitetin zəifləməsi ilə nəticələnir. Bu isə xəstələrin koronavirus da daxil olmaqla müxtəlif viruslara həssas olmasına gətirib çıxarır.

Media.az-ın məlumatına görə, bu barədə Milli Hematologiya Transfuziologiya Mərkəzinin Onkohematologiya şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, hematoloq Gülnaz Bədəlova xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə insanlar xəstəliyi ağır keçirir.

Qeyd edək ki, anemiya dünyada ən çox görülən qan xəstəliyidir. Bu, normal maddələr mübadiləsi üçün orqan və toxumalara lazım olan oksigeni daşıyan qandakı hemoqlobin səviyyəsinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir.

Ə.Bədəlovanın sözlərinə görə, anemiyanın özü dəhşətli bir xəstəlik deyil.

“Ancaq insanlar adətən vəziyyətləri kritik olanda həkimə müraciət edirlər. Bu vaxt xəstəlik o qədər ağırlaşmış vəziyyətdə olur ki, bütün orqanlar - beyin, ağciyər, ürək, sinir sistemi, əzələ-hərəkət sistemi zərər görməyə başlayır. Məsələ burasındadır ki, bütün orqanlarımız qan tədarükü sayəsində işləyir. Buna görə xəstəliklərin qarşısının alınması ilə yanaşı vaxtında, erkən diaqnoz qoymaq lazımdır”.

Hematoloq qan azlığından profilaktik tədbirlər kimi vaxtında düzgün qidalanmağı, rasiona ət, meyvə və tərəvəz daxil etməyi, hər gün təmiz havada gəzməyi, yaxşı yuxu rejimini və telefondan istifadə müddətini məhdudlaşdırmağı məsləhət görüb.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri