Apr
2021
09:48
118
354
5958
Virtual karabakh

COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi

Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətirilib.

“Report” xəbər verir ki, vaksini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini gətirən şəxsləri TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT, ÜST nümayəndələri qarşılayıb.

Qeyd edək ki, ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza “Vaxzevria” vaksininin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən 1 milyona yaxın insan peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri