Yan
2022
20:10
34
269
8555
Virtual karabakh

Azərbaycanda daha yeddi nəfər koronavirusdan vəfat edib - FOTO

1 Yan, 2022
20:10
8555

Azərbaycanda daha yeddi nəfər koronavirusdan vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutkada Azərbaycanda koronavirusa 364 yeni yoluxma faktı qeydə alınıb 605 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8365 nəfər vəfat edib, aktiv xəstə sayı 8795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, ötən müddət ərzində isə ümumilikdə 5 870 329 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri