25 
Okt
2017
00:22
124
346
37693
Virtual karabakh

“Lotu Quli” kriminal avtoritetin məzarını ziyarət etdi

25 Okt, 2017
00:22
37693

“Lotu Quli” kriminal avtoritetin məzarını ziyarət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.

Oxu.Az yenicag.az-a istinadən bildirir ki, o, həbsdən çıxandan sonra ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarını ziyarət edib. Bundan başqa “qanuni oğru” mərhum atası Nəriman Səlifovun da məzarına baş çəkib.

Qeyd edək ki, Elşən Məmmədovun “Lotu Quli”nin amansız “cəllad”larından olduğu deyilir. O, sentyabrda Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq avtomobilinə tərəf gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri