20 
Sen
2018
20:27
24
311
15703
Virtual karabakh

İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi

20 Sen, 2018
20:27
15703

İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda dünən gecə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi təşkil edilib.

Oxu.Az xəbər verir ki, mərasim Florya Yeni Camidə baş tutub. 

Mərasimə keçmiş baş nazir Əhməd Davudoğlu, İstanbul Əyalət Polis Şöbəsinin müdiri Mustafa Çalışkan, “Star” qəzetinin rəhbəri Nuh Albayrak, “Habertürk”ün köşə yazarı Nagehan Alçı, İsmayılovun həyat yoldaşı Sevil Nuriyeva, beş yaşlı oğlu İlyas İsmayılov və xeyli vətəndaş qatılıb. Onlar Nuriyevaya başsağlığı veriblər. 

Cənazə namazından sonra İsmayılovun nəşi cənazə maşınına qoyularaq, Azərbaycana göndərilmək məqsədilə Atatürk hava limanına aparılıb.

Xatırladaq ki, Etimad İsmayılov İstanbulda öz ofisində güllələnib. 

Başından və ürəyindən güllə yaraları alan E. İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə İstanbulda - İsmayılovun Floryadakı ofisində baş verib.

G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri