18 
Fev
2015
13:45
43
127
17892
Virtual karabakh

Ziyarətgah yolunda qadını öldürən şəxs tutuldu - YENİLƏNİB

18 Fev, 2015
13:45
17892

Ziyarətgah yolunda qadını öldürən şəxs tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayət işi açılıb.

Bakıda qadını xüsusi amansızlıqla öldürən və Azrbaycandan qaçmış şəxs Rusiyada saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, Хаtirə Rzаyеvаnın qətlində şühbəli bilinən 1974-cü il təvəllüdlü Sülеymаnоv Əmri Tоfiq оğlu Rusiyada tutulub.

Cinаyət hаdisəsi ilə əlаqədаr istintаq, əməliyyаt-ахtаrış tədbirləri dаvаm еtdirilir.

 

10:47

Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızını xüsusi amansızlıqla öldürməkdə şübhəli bilinən Əmri Süleymanov fevralın 15-də Azərbaycan sərhədini keçərək Rusiya ərazisinə daxil olub. 

Onun barəsində dərhal həbsli axtarış elan edilib və bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hazırda Ə.Süleymanovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki,  fevralın 13-də paytaxtın Buzovna qəsəbəsindəki “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Əmri Süleymanov olması müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri