11 
Yan
2023
14:53
190
66
7470
Virtual karabakh

Bakıda axtarışda olan şəxs dayanacaqda qadını qətlə yetirmək istədi - YENİLƏNİB + VİDEO

11 Yan, 2023
14:53
7470

Bakıda axtarışda olan şəxs dayanacaqda qadını qətlə yetirmək istədi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə polis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

14:40

Bakıda polis əməkdaşı qətlin qarşısını alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, paytaxtda Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı avtobus dayanacağında qadına qarşı qətl hadisəsinin qarşısını alıb.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri