Yanıq xəsarəti səbəbilə hospitalizasiya olunan Tovuz rayon sakininin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, 18.04.2024-cü il tarixində saat 17:00-da Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Azərbaycanda gənc oğlanın üzərinə benzin tökərək yandırdığı qadının son durumu AÇIQLANDI -YENİLƏNİB+FOTO/VİDEO
14:48
Tovuzda qadın yanıq xəsarətləri alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə nəticəsində T.Məmmədovanın bədəninin 70-80 faizi üçüncü dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Samir İsayev, Əzizə İsmayılova
Rəylər