Dek
2018
12:57
21
171
10200
Virtual karabakh

Fəxrəddin Manafov işdən çıxıb? - AÇIQLAMA

4 Dek, 2018
12:57
10200

Fəxrəddin Manafov işdən çıxıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.  

Oxu.Az-ın məlumatına görə, teatrın mətbuat katibi İlham Məmmədov Report-a açıqlamasında deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.

O qeyd edib ki, Xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir:

“Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir işi olanda teatra gəlir. Hər gün teatrda olmur. Ola bilsin, hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır".

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri