Yan
2021
05:43
26
179
5893
Virtual karabakh

“Bond”un sevgilisi Tanya Roberts qeyri-adi şəkildə vəfat edib - FOTO

5 Yan, 2021
05:43
5893

“Bond”un sevgilisi Tanya Roberts qeyri-adi şəkildə vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“A View to a Kill” filmində agent “Ceyms Bond”un sevgilisi rolunu oynayan amerikalı aktrisa və model Tanya Roberts qeyri-adi şəkildə vəfat edib.

Bu barədə TMZ portalı xəbər verir.

Bildirilir ki, Milad ərəfəsində 65 yaşlı aktrisa itləri ilə gəzintiyə çıxıb, geri qayıtdıqda yıxılıb və ağır travma alıb. Xəstəxanada o, tənəffüs aparatına qoşulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, aktrisa vəfat edib.

Tanya Roberts 1980-ci illərin əvvəllərində seks simvollardan biri sayılırdı.

O, həmçinin “The Beastmaster”, “Sheena”, “Almost Pregnant” kimi filmlərdə rol alıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri