29 
Okt
2021
05:55
120
22
2307
Virtual karabakh

“Oyuncaqların hekayəsi” yeni sürprizlə gəlir - VİDEO

29 Okt, 2021
05:55
2307

“Oyuncaqların hekayəsi” yeni sürprizlə gəlir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pixar” “Disney” ilə birgə istehsalı olan “Toy Story” (“Oyuncaqların hekayəsi”) franşizasının prikveli olacaq “Lightyear” (“Layter”) elmi-fantastik cizgi filminin ilk treylerini yayımlayıb.

Video “Pixar”ın rəsmi “YouTube” kanalında yayımlanıb.

Cizgi filmi Baz Layter (Buzz Lightyear) personajından bəhs edəcək.

Baş qəhrəmanı “Marvel” komiksindəki “Kapitan Amerika” rolu ilə tanınan aktyor Kris Evans səsləndirib. Cizgi filminin rejissoru Enqus Makleyn, prodüseri isə Qalin Zusmandır. Cizgi filminin dünya premyerası 2022-ci il iyunun 17-nə planlaşdırılıb.

Qeyd edək ki, “Pixar”ın ilk tammetrajlı cizgi filmi  olan “Toy Story” 1995-ci ildə yayımlanıb və studiyanın ən popular, uğurlu franşizalarından biri hesab edilir.

“Oyuncaqların hekayəsi” cizgi filminin Azərbaycanda premyerası 17 iyun 2022-ci ildə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri