12 
Noy
2021
08:59
82
31
2724
Virtual karabakh

“Pas” filminin çəkiliş qrupunun üzvü Bolduini məhkəməyə verib - FOTO

12 Noy, 2021
08:59
2724

“Pas” filminin çəkiliş qrupunun üzvü Bolduini məhkəməyə verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çəkiliş meydançasında operator Qalina  Hatçinsin güllələndiyi “Pas” (“Rust”) filminin işıq operatoru vesternin yaradıcılarını məhkəməyə verib.

Çəkiliş qrupunun üzvü bədbəxt hadisənin səbəbkarı aktyor Alek Bolduinin özü də daxil olmaqla məsullardan təzminat və cərimələri ödəməyi tələb edir.

İddiaya görə, çəkiliş meydançasında baş verən insident zamanı iddiaçı aktyor Bolduindən təxminən iki metr aralıda olub, hətta üzündə barıt və digər maddələrin qalıqlarını hiss edib.

O da qeyd olunur ki, işıq operatoru mərhum Qalina Hatçinsin yaxın dostu olub.

Xatırladaq ki, oktyabrın 21-də ABŞ-ın Nyu-Meksiko ştatında “Pas” filminin çəkiliş meydançasında Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb. Hazırda insidentlə bağlı istintaq davam edir.

Mənbə: The New York Times

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri