Fev
2022
08:48
72
12
1650
Virtual karabakh

Robert Pattinsonun iştirakı ilə “Betmen” filminin treyleri yayımlanıb - FOTO/VİDEO

1 Fev, 2022
08:48
1650

Robert Pattinsonun iştirakı ilə “Betmen” filminin treyleri yayımlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Warner Bros” studiyası baş rolunu Robert Pattinsonun oynadığı “Betmen” filminin treylerini yayımlayıb.

Treylerdə Bryuc Ueyn (Pattinson) dəfn mərasimində iştirak edir. Orada ona Qotem üçün kifayət qədər iş görmədiyi deyilir. Həmçinin treylerdə Betmen Riddler (Pol Dano) tərəfindən şantaj edilir və ailə sirrinin açılması ilə hədələnir.

Qeyd edək ki, filmdə Qotemin müdafiəçisinin qəhrəmanlıq karyerasının başlanğıcı əks olunacaq. Süjetə görə, o, Riddler və Pinqvin (Kolin Farrell) də daxil olmaqla bir sıra yaramazlarla qarşılaşmalıdır.

“Betmen”in dünya premyerası martın 4-ə planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri