18 
İyn
2022
08:06
22
57
1740
yuxarı
“Taxt-tac oyunları”nın əsas personajlarından Con Snou haqqında serial çəkilir - FOTO
18 İyn, 2022
08:06
1740
22
57
“Taxt-tac oyunları”nın əsas personajlarından Con Snou haqqında serial çəkilir - FOTO
ABŞ-ın HBO studiyası “Taxt-tac oyunları”nın (“Game of Thrones”) növbəti spin-offunu hazırlamağa başlayır.
Bu barədə “The Hollywood Reporter” öz mənbələrinə istinadla xəbər verib.
Nəşrdən bildirilir ki, bu, Con Snounun macəralarının davamı olacaq.
Yeni layihənin süjeti orijinal serialdakı hadisələrdən sonra Con Snounun həyatı ilə bağlı olacaq.
Xatırladaq ki, “Taxt-tac oyunları” serialının səkkizinci və sonuncu mövsümündə Snou əsl adının Aeqon Tarqaryen olduğunu və Dəmir Taxtın potensial varisi sayıldığını öyrənir. Serialın finalında Con-Aeqon Vesterosdan qovulur. Qəhrəman köhnə həyatı əbədi tərk etmək üçün Divardan o tərəfə keçir.
Nəşrdən o da bildirilib ki, Con Snou obrazını elə aktyor Kit Harrinqton özü canlandıracaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
16 
May
2024
11:12
Şamil Süleymanlı: “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm”
53
81
1875
14 
May
2024
15:20
Əminə Yusifqızı: “Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım”
106
11
1239