Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yaponiyadan 2022-ci ilin rəmzi kimi maraqlı heroqlif - FOTO/VİDEO
Yaponiyada ənənəvi olaraq başa çatmaqda olan ilin simvolu seçilib. Bu münasibətlə təntənəli mərasim Kiotodakı buddist “Təmiz Su məbədi”ndə keçirilib.
Geridə qoyduğumuz 2022-ci ilin rəmzi kimi “ikusa” (“mübarizə”, “müharibə”) heroqlifi təyin olunub. Simvol 130x150 sm ölçülü düyü kağızı üzərində məbədin abbatı, rahib Seyhan Mori tərəfindən çəkilib.
2022年の「今年の漢字」が京都 清水寺で発表されました。
— NHKニュース (@nhk_news) December 12, 2022
👇https://t.co/3YkL0MfSaV#nhk_video pic.twitter.com/nlDXEmi1Me
Təşkilatçıların sözlərinə görə, koronavirusa qarşı davam edən mübarizəyə, Ukraynadakı münaqişəyə, habelə yapon idmançılarının Pekin Qış Olimpiya Oyunlarında uğurlu çıxışına görə belə bir seçim edilib.
Yaponiyada ilin simvolunun müəyyən edilməsi 1995-ci ildən həyata keçirilir. Xatırladaq ki, 2021-ci ilin simvolu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında yapon idmançıların qazandıqları çoxlu sayda qızıl medallara işarə kimi “kin” (“qızıl”,“pul” mənasına gəlir) olmuşdu. Yapon rahiblər 2020-ci ildə isə “sıxlıq”, “darlıq” mənasını verən “mitsu” simvolu üzərində dayanmışdılar. Belə ki, Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı “üç mitsu” (“sanmitu” və ya “mitsu-no mitsu”) ifadəsi çox işlənib. Seçim koronavirus pandemiyası üçün üç tövsiyə - insanların sıx toplaşdıqları yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.
Mənbə: TASS