7 
Fev
2023
14:12
8
258
3534
yuxarı
Türkiyəli aktyorun qızı dağıntılar altında qalıb: “Ayağı beton plitələr arasında sıxışıb, çıxa bilmir” - FOTO
7 Fev, 2023
14:12
3534
8
258
Türkiyəli aktyorun qızı dağıntılar altında qalıb: “Ayağı beton plitələr arasında sıxışıb, çıxa bilmir” - FOTO
Türkiyədə tanınmış aktyor Orhan Aydın zəlzələdən sonra qızı Eylem Şafak və keçmiş həyat yoldaşının Elif Torun Önerenin də Hatayda dağıntılar altında qaldığını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə özünün “Twitter” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Aktyor daha sonra keçmiş həyat yoldaşının dağıntılar altından çıxarıldığını, ancaq qızının hələ də yardım gözlədiyini deyib.
“Övladımın anası Elif Torun Öneren sakinlər tərəfindən xilas edilib... Növbə qızımdadır (əziz balam, səbir elə)”, - deyən Orhan Aydın sonrakı paylaşımında qızının ayağının beton plitələr arasında qaldığını deyib.
“Betonkəsici lazımdır. Kömək edin!”, - deyə aktyor yardım istəyib.
Orhan Aydın yollar bağlı olduğu üçün ora gedə bilmədiyini vurğulayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
1 
Apr
2023
16:46
Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı - FOTO
198
28
5345
31 
Mar
2023
11:08
Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı
16
135
2595
31 
Mar
2023
06:00
Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi
25
88
2861