İnsanlar əksərən səhər saatlarında ölürlər.
ABŞ-nin Harvard Tibb Məktəbinin mütəxəssisləri belə qənaətə gəliblər.
Nevrologiya üzrə professor Klifford Saperin sözlərinə görə, insanın fizioloji prosesləri, bir qayda olaraq, günün müəyyən vaxtlarında baş verir.
“Hətta ölüm sirkad (bioloji saat) ritmi var. Belə ki, ümumilikdə əhali arasında orta hesabla insanlar ən çox səhər saatlarında ölürlər. Orta hesabla təxminən saat 11 radələrində”, - deyə alim bildirib.
Bundan əlavə, tədqiqatçılar həftənin hansı günündə ölüm hallarının daha tez-tez baş verdiyini müəyyən ediblər. Bunun üçün onlar 1999-2014-cü illərdə ABŞ-də ölüm hallarının məlumat bazasını təhlil ediblər. Məlum olub ki, insanlar daha çox şənbə günləri və bir qayda olaraq, bədbəxt hadisələr nəticəsində ölürlər. Bazar ertəsi əsasən ölümlərin səbəbi infarkt olub. Çərşənbə axşamı günlərində daha çox qrip və pnevmoniyadan ölüm halları qeydə alınıb.