ABŞ hökuməti əmindir ki, Şimali Koreya həqiqətən də ilk dəfə qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fox News telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
CNN isə bildirir ki, hazırda Dövlət Departamenti və Pentaqon hadisə ilə əlaqədar görüş keçirirlər.
Görüşdə KXDR-ə cavab verilməsi müzakirə olunur. Pentaqon nümayəndələri yarımadada əlavə ABŞ qüvvələrinin yerləşdirilməsini nəzərdən keçirirlər. Həmçinin diplomatik reaksiya veriləcəyi də gözlənilir. Son qərarı ABŞ prezidenti Donald Tramp verəcək.
S.B.
www.oxu.az