“Moskva vilayətində “Crocus City Hall”a bənzər konsert zalının tikintisi hazırda 150 milyon dollara (təxminən 255 milyon manata) başa gələ bilər”.
Bunu “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov deyib.
Onun sözlərinə görə, 15 il əvvəl kompleksin tikintisi Araz Ağalarova təxminən 70 milyon dollara (119 milyon manata) başa gəlib.
“Hesab edirəm ki, bu gün 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”, - deyə Emin Ağalarov bildirib.
Bundan əvvəl ekspertlər terror aktından sonra “Crocus City Hall” binasının bərpasını avadanlıqlar istisna olmaqla, dörd-yeddi milyard rubl (74,1 -129,7 milyon manat) qiymətləndirirdilər. Onlar vurğulamışdılar ki, yanğın nəticəsində metal konstruksiyalara dəymiş ziyanın dərəcəsi məlum olmadığından hesablamalar müvəqqəti xarakter daşıyır.
Mənbə: “Rossiya 24” telekanalı
Rəylər