Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər
Gürcüstan parlamentinin müxalifət fraksiya və qruplarından olan deputatları respublikanın keçmiş baş naziri İrakli Qaribaşvilinin və ailəsinin əmlakının yoxlanılması üçün istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bunu parlamentari Tamar Kordzaia brifinqdə deyib.
“Bu gün Gürcüstan parlamentində biz İrakli Qaribaşvilinin əmlakı ilə bağlı istintaq komissiyasının yaradılmasını tələb edirik. Biz artıq lazımi imzaları toplamışıq”, - o deyib.
Gürcüstan parlamentinin reqlamentinə əsasən, müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsü ilə parlamentin spikeri, komitə, fraksiya və ya 150 deputatdan ən azı 30-u çıxış edə bilər.
Qeyd edək ki, Gürcüstan parlamentində müxalifətin 56 mandatı var.
Xatırladaq ki, 2021-2024-cü illərdə hökumətə rəhbərlik etmiş Qaribaşvilinin və ailəsinin əmlakı 2023-cü ilin sentyabrında ABŞ-yə səfərindən sonra Gürcüstan ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Məlum olub ki, Qaribaşvili oğlunu Pensilvaniya Universitetinə yola salıb. Səfər özəl olub və Qaribaşvili çarter reysindən yararlanıb. Çoxları təəccüblənib ki, respublika hökumətinin başçısının maaşı ona şəxsi təyyarə tutmağa imkan vermir. Müxalifət Qaribaşviliyə impiçment elan etmək qərarına gəlib, lakin bu baş tutmayıb.
Mənbə: TASS
Rəylər