Miqrant böhranı ilə əlaqədar Seuta şəhərində yerləşdirilən İspaniya hərbçiləri arasında qotur xəstəliyi qeydə alınıb.
Oxu.Az bildirir ki, bu barədə "Vanguardia" nəşri məlumat yayıb.
"Seutada yerləşdirilən ən azı 14 hərbçidə qotur xəstəliyi aşkarlanıb. Hərbçilər adətən istifadə edilməyən və lazımi sanitariya-gigiyena şəraitinə malik olmayan binalarda yerləşdiriliblər", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 30-da onminlərlə mərakeşli miqrant sərhədi qanunsuz keçərək İspaniyanın Afrikanın şimal sahilində yerləşən Seuta şəhərinə daxil olub.
Qaynar xətt:
(055) 224 12 12